Qaraciyər sirrozu olan şəhid bacısını XİLAS EDƏK
Qarabağ müharibəsində şəhid olan Həsrət Hüseynovun bacısı ağır vəziyyətdədir, qaraciyər sirrozundan əziyyət çəkir və yardımsevər insanlardan kömək istəyir.
Gülnar Hüseynova Göyçayın Müskürlü kəndində doğulub ailə qurub və evladı yoxdur. Lent.az-a müraciət edən Rahim Hüseynov bildirir ki. bacısı ailə qurub evladı olmadığı üçün müalicələr alıb.
Müalicə düzgün aparılmadığı üçün qaraciyəri sıradan şıxıb: “ Bacım ailə qurandan bir müddət sonra evladı olmadığı üçün müalicə almağa başladı. Həkimin məsuliyyətsizliyi ucbatından dərmanlar zəhərlənmə verdi. Yalnış müalicə bacımın bu ağır vəziyyətə saldı. Şəhid ailəsiyik qardaşım Hüseynov Həsrət Hüseyn oğlu 1994-cü ildə Fizulu rayonunda şəhid olub. İki qardaş bir bacı qalmışıq. Bacım kirayədə qalır. Bizim maddi vəziyyətimiz isə imkan vermir ki, bacımıza kömək edək. Xahiş edirəm, bacıma kömək olsunlar. Onun vəziyyəti çox ağırdır. Həkimlər deyir ki, qaraciyər dəyişilməsə, biz onu itirəcəyik, donor tapılmalıdır”.
Kömək etmək istəyən şəxlərdən xahiş olunur ki, aşağıda qeyd etdiyimiz nömrə ilə əlaqə saxlasınlar və ya bank hesabı vasitəsi ilə yardım etsinlər.
Gülnar Hüseynovaya dəstək olmaq üçün bank hesabı:
"Kapital Bank"
AZN Hesab:4169 7413 5628 7829
Gülnar Hüseyinovanın qardaşı Həsrət Hüseynovun əlaqə nömrəsi 051.595.30.56
1400