Neftçala sakinlərindən qanunsuz odlu silahlar götürülüb.
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Neftçala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yuxarı Qaramanlı kənd sakinləri Ruhid Sayılovdan və Səbuhi Sayılovdan müvafiq sənədləri olmayan 2 ədəd “İJ” markalı ov tüfəngləri götürülüb.
Ağdam RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mahrızlı kənd sakinləri Habil Rüstəmovdan və Amil Abbasovdan 2 ədəd “İJ” markalı ov tüfəngləri götürülüb.