Qumarxana işlədənlər <span style="color:red;">MƏHKƏMƏ QARŞISINDA
09 fevral 2015 17:41 (UTC +04:00)

Qumarxana işlədənlər MƏHKƏMƏ QARŞISINDA

Səbail rayon Məhkəməsində qumarxana təşkil etməkdə təqsirli bilinən Azərbaycan və Türkiyə vətəndaşlarından ibarət mütəşəkkil dəstə üzvlərinin məhkəməsi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verib. Onlar ittiham üzrə özlərini təqsirli bilməyiblər. Məhkəmə iclası fevralın 13-də davam etdiriləcək. 

Qeyd edək ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Səbail rayonunun ərazisindəki “Ankara” kafesində Şahbuz rayon sakini Rəmzi Hüseynəliyevin və Türkiyə vətəndaşları Murat Baydarın, Mehmet Sönmezin “online” sistemi ilə qumarxana təşkil etmələri müəyyən edilib. Kafeyə baxış zamanı 1 ədəd “online” qumar oyun proqramı yazılmış noutbuk, 1 ədəd monitor, 1 ədəd printer, 21 ədəd oyun kuponu və uduş pulu aşkar edilərək götürülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 165
avatar

Səlcuq Elçin

Oxşar yazılar