Qanunsuz ovla məşğul olan Azərbaycan vətəndaşlarına Rusiyada hökm oxunub
30 iyun 2015 10:18 (UTC +04:00)

Qanunsuz ovla məşğul olan Azərbaycan vətəndaşlarına Rusiyada hökm oxunub

 

 

Rusiyanın Həştərxan vilayətinin Kamızyak rayon Məhkəməsində 3 Azərbaycan vətəndaşına hökm oxunub.

 

APA-nın “astrakhan-24.ru” saytına istinadən verdiyi məlumata görə, onlar xüsusilə qiymətli su-bioloji ehtiyatların qanunsuz ovlanmasında günahkar sayılıb.

 

2014-cü ilin yazında azərbaycanlılar “Bayda” tipli kiçik gəmi ilə Xəzərin şimal hissəsinə gedərək ümumi uzunluğu 1408 metr olan 14 tor qurublar. Torlar sudan çıxarılarkən nərəkimilər növündən olan 486 balıq aşkarlanıb. Azərbaycan vətəndaşları bu qanunsuz fəaliyyətlə Rusiyaya 2 milyon rubldan çox zərər vurublar.  

 

Qrupun təşkilatçısı 5,6 il azadlıqdan məhrum edilib. Digər hüquq pozucuları isə cəzalarını ümumi rejimli islah-əmək müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Cinayət aləti dövlətin xeyrinə müsadirə olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 200
avatar

Oxşar yazılar