Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhər sakini Səbinə Xəlifəliyeva tutulub. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, S.Xəlifəliyva gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılıb.
Araşdırmalar davam etdirilir.