Qadının məhkəmə zalında əlləri qandallandı
20 sentyabr 2019 15:18 (UTC +04:00)

Qadının məhkəmə zalında əlləri qandallandı

 
 
Bakıda dələduzluqda təqsirləndirilən Nərminə Əfəndiyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.   
 
Hökmə əsasən, N.Əfəndiyeva 6 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs edilib.
 
Qeyd edək ki,  N.Əfəndiyeva vətəndaş İlhamə Umbayeva qarşı dələduzluq edib. 
 
İ.Umbayeva qızıl alveri ilə məşğul olub. N.Əfəndiyeva onun etibarından sui-istifadə edərək 70 min manatdan çox dələduzluq edib. 
 
N.Əfəndiyeva Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 824
avatar

Oxşar yazılar