Qadının iş yerində meyiti tapıldı
10 sentyabr 2019 12:08 (UTC +04:00)

Qadının iş yerində meyiti tapıldı

SOCAR-ın əməkdaşı iş yerində ölüb.
 
APA-nın məlumatına görə, SOCAR-ın Qaradağ rayonu ərazisində Neft Kəmərləri idarəsində əmtəə operatoru vəzifəsində çalışan, 1961-ci il təvəllüdlü Qayıbova Qəndab Adışirin qızı istirahət otağında ölü tapılıb.
 
Meyitin ilkin müayinəsi zamanı Q.Qayıbovun kəskin ürəktutmasından öldüyü məlum olub.
 
Faktla bağlı araşdırma aparılır. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1133

Oxşar yazılar