Mingəçevir şəhərində oğurluqla məşğul olan şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Mingəçevir ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 10-da Aleksandra Əliyevaya məxsus evdən 104 manat pul və məişət əşyaları oğurlamış şəhər sakini, əvvəllər məhkum olunmuş İntiqam Bayramov tutulub.
Araşdırma aparılılır.