Qadının evindən 20 min pul və ərzaq oğurladı
23 iyul 2016 17:39 (UTC +04:00)

Qadının evindən 20 min pul və ərzaq oğurladı

0

Şəmkirdə evdən oğurluq etmiş şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Kriminalistik Tədqiqatlar İdarəsi və Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 25-də Afət Həsənovaya məxsus evdən 20000 rubl pul və ərzaq məhsulları oğurlamış şəxs müəyyənləşdirilib. Kür qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elman Məmmədov tutulub.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 358

Oxşar yazılar