Abşeronda soyğunçuluq etmiş şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 11-də rayon sakini Rəqsanə Abdullayevaya məxsus içərisində planşet və kosmetik əşyalar olan çantanı soyğunçuluq yolu ilə almış Ramil Namazov yaxalanıb.
Araşdırma aparılır.