Nizami rayonunda maraqlı cinayət faktı qeydə alınıb. Bir ayda eyni qadın oğurluq əməlinə görə 2 dəfə tutulub. Bakının Xətai rayonunda yaşayan Gürcüstan vətəndaşı, 32 yaşlı Məmmədova Əfsanə Qədir qızı cibgirlikdə təqsirləndirilərək senyatbrın 11-də saxlanılıb. Nizami RPİ 24-cü polis bölməsi əməkdaşlarının həbs etdiyi qadının "Xalqlar Dostluğu" metrostansiyasının yaxınlığındakı ticarət mərkəzində vətəndaşların cibindən və çantasında oğurluq etdiyi müəyyənləşib. İstintaqla onun Əhməd Əliyev, Alim Babayev və Ağabəyim Xəlilovadan 1 ədəd planşet, 342 manat pul oğurladığı sübuta yetirilib.
Nizami RPİ-dən APA TV-yə verilən məlumata görə, Əfsanə Məmmədova barəsində toplanmış materilallar Nizami rayon məhkəməsinə göndərilib. Məhkəmə onun himayəsində bir az yaşlı övladının olması, dəymiş maddi ziyanı qismən ödəməsi, ilk məhkumluğu olmasını yüngülləşdirici hal imi qiymətləndirib və təqsirləndirilən şəxsə şərti cəza təyin edib.
Amma 10 gündən sonra sərbəst buraxılan Əfsanə Məmmədova yenidən oğurluq edib, həm də qrup halında. Əfsanə Məmmədova və onunla birlikdə saxlanılan Samirə Kərimova 8 nəfərdən oğurluq etdiklərini etiraf ediblər.
Yevlax rayon sakini, 31 yaşlı Samirə Kərimovanı ona oğurluq etmək təklifini Əfsanə Məmmədovanın etdiyini deyib.
Onların hədəfi yenə də metronun "Neftcilər" və "Xalqlar dostluğu" stansiyalarının yaxınlığındakı ticarət mərkəzləri olub. Onlar gözlərinə kəsdirdikləri şəxsi təqib ediblər, fürsət düşən kimi isə çantasını oğurlayıblar.
Çantanı oğurlamaq Əfsanə Məmmədovanın, hadisə yerindən uzaqlaşdırmaq isə Samirə Kərimovanın "vəzifə"si olub.
Əldə olunmuş "qənimət" isə bölünüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işibaşlanıb.