Bakıda qadın bədbəxt hadisə nəticəsində ölüb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mayın 31-də Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yaşayan Fəxrəndə Məmmədli yaşadığı mənzilin pəncərələrini silərkən ehtiyatsızlıq nəticəsində 6-cı mərtəbədən yıxılaraq ölüb.
Araşdırma aparılır.