“Azərbaycan NATO-nun mühüm tərəfdaşıdır. Bu tərəfdaşlığa Əfqanıstana tranzit imkanları, eyni zamanda 2014-cü ildə beynəlxalq təhlükəsizlik qüvvələrin Əfqanıstandan çıxarılmasından sonra burada təhlükəsizliyin təmin olunmasına töhfə verilməsi məsələləri daxildir”.
APA-nın məlumatına görə, bunu NATO baş katibinin müavini Qabor İklodi deyib.
O vurğulayıb ki, kibertəhlükəsizlik, terrorizmlə mübarizə, kütləvi qırğın silahları və onlarla əlaqədar materialların yayılmasının qarşını alınması kimi problemlər mövcuddur: “Heç bir ölkə təkbaşına bunların öhdəsindən gələ bilməz. Ona görə də bu məsələlərdə maraqlı tərəflər NATO ilə əməkdaşlıq etməlidir”.