Rusiyaya təzyiqlərin səbəbi məlumdur: ölkə müstəqil siyasət aparır və suverenliyi ilə alver etmir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında bildirib.
“Rusiyaya təzyiqin səbəbi məlumdur. Biz müstəqil daxili və xarici siyasət aparırıq və suverenliyimiz ilə alver etmirik. Bu heç də hamının xoşuna gəlmir, lakin başqa cür ola bilməz”, deyə Putin vurğulayıb.
“Cəmiyyətimizi parçalamaq, ayırmaq, ayrı-ayrı çətinliklərimizdən istifadə etmək, zəif nöqtələrimizi tapmaq kimi cəhdlər gözlənilən nəticələr verməyib. Bunu gözləyənlər isə ölkəmizə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edən və onları dəstəkləməkdə davam edənlərdir”, deyə prezident əlavə edib.