Bakıda soyğunçuluqda ittiham olunan şəxs saxlanılıb. Lent.az-ın ANS televiziyasına istinadən verdiyi xəbərə görə, Kürdəxanı qəsəbə sakini Səadət Əliyeva hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edərək çantasının zorla əlindən oğurlandığını bildirib.
Fakt üzrə şübhəli bilinən Gürcüstan sakini Azad Namazov Nizami rayon polisi tərəfindən tutulub.
Keçirilən əməliyyat tədbirləri nəticəsində məlum olub ki, saxlanılan 30 yaşlı Azad Namazovla Səadət Əliyeva bir ilə yaxındır ki, tanışdılar. Bu müddət ərzində fəhlə işləyən Azad Səadətin razılığı ilə dəfələrlə pul qarşılığında onunla cinsi əlaqədə olub.
Saxlanılan Azad Namazov evli olsa da bir ildir ki, bu qadınla görüşür. Sonuncu görüşləri isə bir ay bundan əvvəl olub. Görüş ünvanı dəyişməz qalıb, onlar Əhmədli qəsəbəsindəki daş karxanasının qarşısına gəlib. Sonuncu görüşləri zamanı isə Azad Səadətə maddi ziyan vurub.
Faktla bağlı Cinayət Məcəlləsinin soyğunçuluq maddəsilə cinayət işi açılıb, istintaq davam etdirilir.