Azərbaycan prezidenti İlham Əliyev Tunis Respublikasının prezidenti Beji Kaid əs-Sebsiyə təbrik məktubu göndərib.
APA-nın xəbərinə görə, dövlət başçısı Tunis Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə tunisli həmkarını təbrik edib.
“Ümidvaram ki, Azərbaycanla Tunis arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcək” - deyə məktubda bildirilir.