Prezident Şimali Koreya liderini təbrik edib
08 sentyabr 2016 18:07 (UTC +04:00)

Prezident Şimali Koreya liderini təbrik edib

0

Prezident İlham Əliyev Koreya Əmək Partiyasının Sədri, Koreya Xalq Demokratik Respublikasının Dövlət İşləri üzrə Komissiyasının Sədri, Koreya Xalq Ordusunun Ali Baş Komandanı Kim Çen Ina təbrik məktubu göndərib. Lent.az AzərTAc-a istinadən təbrik məktubunu təqdim edir:

 

“Zati-aliləri,

 

Ölkənizin milli bayramı – Koreya Xalq Demokratik Respublikasının yaranması günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

 

Ümidvaram ki, ölkələrimiz arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və möhkəmlənəcəkdir.

 

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və rifah diləyirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 298

Oxşar yazılar