Sabirabadda binalar əsaslı təmirinə 3 milyon manat ayrıldı
19 sentyabr 2016 18:24 (UTC +04:00)

Sabirabadda binalar əsaslı təmirinə 3 milyon manat ayrıldı

0

Prezident İlham Əliyev Sabirabad şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında  sərəncam imzalayıb.

 

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən Sabirabad şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sabirabad Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.

 

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 336

Oxşar yazılar