Prezident İlham Əliyev Mərakeş kralını təbrik edib
29 iyul 2015 18:56 (UTC +04:00)

Prezident İlham Əliyev Mərakeş kralını təbrik edib

Prezident İlham Əliyev Mərakeş kralı Əlahəzrət VI Məhəmmədi milli bayramları münasibəti ilə təbrik edib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, təbrik məktubunda deyilir:

 

“Mərakeş Krallığının milli bayramı – Taxt-tac günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, ortaq mənəvi dəyərlərə malik xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Mərakeş münasibətləri bundan sonra da qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edərək əməkdaşlığımız üçün möhkəm zəmin olacaqdır.

Bu əlamətdar gündə Sizə cansağlığı və xoşbəxtlik, qardaş Mərakeş xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 108
avatar

Oxşar yazılar