Prezident Bakı Şəhər İcra Hakimiyyətinə 1 milyon manat ayırdı
27 iyun 2019 17:23 (UTC +04:00)

Prezident Bakı Şəhər İcra Hakimiyyətinə 1 milyon manat ayırdı

0
 
 
 
Prezident İlham Əliyev 2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin həyata keçirəcəyi bir sıra tədbirlərin maddi təminatı haqqında sərəncam imzalayıb.
 
APA-nın xəbərinə görə, sərəncama əsasən, “Nəsimi ili” çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin həyata keçirəcəyi tədbirlərin maddi təminatı üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 1,0 (bir) milyon manat ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 701

Oxşar yazılar