Polisdən arvadını güllələyən şəxslə bağlı AÇIQLAMA
21 aprel 2015 11:47 (UTC +04:00)

Polisdən arvadını güllələyən şəxslə bağlı AÇIQLAMA

Bakı şəhər Baş Polis İdarəsi Binəqədidə baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb. İdarədən Lent.az-a verilən məlumata görə, aprelin 20-də saat 10 radələrində M.Ə.Rəsulzadə qəsəbəsi H.Məmmədquluzadə küçəsində yerləşən evdə 1-ci qrup əlil, 1949-cu il təvəllüdlü İsgəndər Abbas oğlu Məmmədov ailə məişət zəminində yaranmış mübahisə nəticəsində “Toz-34” markalı 12 çaplı qoşa lülə ov tüfəngindən atəş açaraq arvadı Heyran Məmmədovanı qətlə yetirib. İ.Abbasov tutulub.

 

 

Qeyd edək ki, ilkin məlumatda, İ.Abbasovun intihara cəhd edərkən həyat yoldaşının ona mane olduğu və bu zaman atəş açıldığı bildirilib.

# 73
avatar

Oxşar yazılar