Vəkil Mənsum Bayramov bir neçə gün öncə polis tərəfindən saxlanılıb.
Bu barədə "Turan"-a qeyri-rəsmi mənbələrdən bəlli olub.
Mənbənin məlumatına görə, vəkil dələduzluqda ittiham olunur və onun barəsində artıq bir aylıq həbs-qətimkan tədbiri seçilib.
Mənsum Bayramovun mobil telefonuna zəng çatmır.
Rəsmi orqanlardan vəkilin həbsinin səbəbləri ilə bağlı məlumat almaq mümkün olmayıb.
Mənsum Bayramov 2005-ci ildə Mərkəzi Seçki Komissiyasının AXCP-nin namizədliyini irəli sürdüyü üzvü olub.
Musavat.com-da olan məlumata görə, o, hazırda da AXCP Rəyasət Heyətinin üzvüdür. Lakin "Turan" agentliyi iddia edir ki, vəkilin hazırda siyasi mənsubiyyəti yoxdur.