Bakının Nizami rayonu ərazisində yerləşən böyük marketdə oğurluq olub. Hadisə şahidlərinin milli.az-a verdikləri məlumata görə, Qara Qarayev prospektindəki 74 saylı binanın qarşısında yerləşən "Lüks market" gecə qarət olunub. Hadisə yerinə Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin əməkdaşları gəliblər.
Polis bölməsindən aldığımız məlumata görə, marketdən nə oğurlandığı barədə məlumat yoxdur. Hadisə yerinə polis əməkdaşları gediblər.
Marketin Bakının polis idarələrindən birinin rəisinin qardaşına məxsus olduğu bildirilir. Musavat.com-un əldə etdiyi məlumata görə, marketin sahibi Yasamal Rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədovun qardaşıdır. İsmayıl Əsədov bundan əvvəl Nizami Rayon Polis İdarəsinin rəisi olub.