İyulun 18-də Saatlı rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, saat 09.10 radələrində Saatlı rayonu ərazisində İmişli rayon sakini Səmit Vəliyev idarə etdiyi “Hovo-Sinotruk” markalı avtomaşını aşırıb. Nəticədə S.Vəliyevin xəsarət almış sərnişini, Saatlı RPŞ-nin əməkdaşı, polis mayoru Bakir Məmmədov xəstəxanaya yerləşdirilib.
Saatlı RPŞ tərəfindən araşdırma aparılır.