Yevlax rayonunda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Yevlax şəhər sakini, 1992-ci il təvəllüdlü Əhmədov Müşfiq Bəkir oğlu yolu keçərkən naməlum sürücünün idarə etdiyi avtomobil tərəfindən vurulub.
Zərbənin təsiri nəticəsində yolun əks tərəfinə düşən Müşfiq Əhmədovun üzərindən daha iki avtomobil keçib. M. Əhmədov hadisə yerində dünyasını dəyişib, sürücülər isə hadisə yerini tərk ediblər.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həmin sürücülərin axtarışı davam etdirilir.