
Qəza qadın piyadanın ölümü ilə nəticələndi
0
0
Gəncə şəhəri ərazisində “VAZ-2107” markalı avtomobillə şəhər sakinini vurulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hadisə iyulun 31-də saat 21 radələrində baş verib. Şəhər sakini O.Haqverdiyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Sevda Bədəlovanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Hadisə ilə bağlı Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.
0
0