Piyadanı vuran sürücü hadisə yerindən qaçdı
18 may 2016 08:00 (UTC +04:00)

Piyadanı vuran sürücü hadisə yerindən qaçdı

0

Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. APA-nın məlumatına görə, rayonun Pirşağı qəsəbəsində naməlum avtomobil 66 yaşlı Emin Mirzəliyevi vurub. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Yaralı dərhal əməliyyat olunub.

 

Hadisəni törədən sürücü ərazidən uzaqlaşıb. Qəza baş verən ərazidə polis əməkdaşları olublar. Sürücünün tutulması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.

 

Faktla əlaqədar araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 427

Oxşar yazılar