Piyadanı öldürüb qaçan sürücü yaxalandı
25 may 2017 12:34 (UTC +04:00)

Piyadanı öldürüb qaçan sürücü yaxalandı

0

Ötən ay avtomobili ilə piyadanı vuraraq qaçan şəxs ələ keçib.

Lent.az-ın Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, aprelin 30-da Bərdə şəhəri ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Zabil Məmmədov vurulub və o, hadisə yerində ölüb.

Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Ford” markalı avtomobillə törədilməsi müəyyən edilib və avtomobili həmin vaxt idarə etməkdə şübhəli bilinən Ağdam rayon sakini Nofəl İbrahimov saxlanılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 286

Oxşar yazılar