APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Daha sonra T. Balabəyovun vəkili müdafiə etdiyi şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı əvəz olunması barədə vəsatət verib. Məhkəmə vəsatəti təmin edərək, T. Balabəyovun barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.
Qeyd edək ki, iyunun 3-də saat 18.40 radələrində Bakı-Salyan yolu-32 ünvanında Şabran şəhər sakini Tofiq Baba oğlu Balabəyovun idarə etdiyi “MAZ” markalı yük qaldırıcı kran piyada keçidini dağıdıb. Faktla bağlı Cinayət Məcəlləsinin 263.1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi açılıb.
Baş verən qəza zamanı əks istiqamətdə hərəkətdə olan yük avtomobilinin sürücüsü Bakı şəhər sakini İlkin Həsən oğlu Hüseynov ağır bədən xəsarətləri alaraq Klinik Tibbi Mərkəzə yerləşdirilib.