Oktyabrın 19-da Pirallahı qəsəbəsində qanlı hadisə baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, qəsəbə sakini Sənan Məhərrəmov çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Pirallahı RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Pirallahı qəsəbə sakini Mütəllib Salmanov tutulub.
Araşdırmalar davam etdirilir.