Oktyabrın 12-də Peruda yük maşınının qəzaya uğraması nəticəsində azı 49 nəfər ölüb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu haqda «Frans Press» xəbər yayıb.
Məlumata əsasən, olay Perunun cənubundakı La - Konvension əyalətində dağ yolunda baş verib. Maşının arxasında, yük yerində çoxlu adam olub.
Avtomobil yoldan çıxaraq, aşıb.
Perunun bu bölgəsində avtobus çatışmazlığı ucbatından sərnişindaşımaları çox vaxt yük maşınlarından istifadə edilir.