Penitensiar Xidmətin rəis müavini Mahir Musayev təqaüdə çıxıb.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanununa müvafiq olaraq ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun əmri ilə Penitensiar Xidmətin rəis müavini, ədliyyə polkovniki Mahir Çingiz oğlu Musayev ədliyyə orqanlarında qulluq keçmənin yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.