Bakıda gecə saatlarında yanğın hadisəsi qeydə alınıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan ərzaq mağazasında baş verib. Nəticədə mağazanın rəfləri və ərzaq malları 5 kv.m sahədə yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavan 10 kv.m sahədə əriyib. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.