Paytaxtda bıçaqlanan gənc xəstəxanada öldü
Bakıda 18 yaşlı oğlan bıçaqlanıb.
APA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən "Fərid" marketin yaxınlığında baş verib.
Şəhər sakini, Tural Babayev naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.
Hüquq-mühafizə orqanları tərəfindən hadisə yerinə baxış keçirilib və hadisə törədən şəxsin kimliyi müəyyənləşdirilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Binəqədi rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
891