Azərbaycanda evə silahlı basqın edilib.
Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Goranboyun Ağamalıoğlu kəndində Əbülfət Məmmədovun evinə gələn 3 mülki şəxs onun əl ayağını iplə bağlayaraq döyüb. Arvadı Səkinə və qızını tapança ilə hədələyərək evdən 5100 manat, 1000 ABŞ dolları və qızıl əşyaları götürərək Ə. Məmmədova məxsus ”Hyundai” markalı avtomobillə hadisə yerini tərk ediblər.
Sonradan qaçırılan avtomobil tapılıb.
Hazırda hadisəni törədən şəxslərin tapılması istiqamətində iş aparılır.