<b>Sərhədçilərimiz 1,6 milyonluq qaçaqmal ələ keçirib</b>
12 sentyabr 2016 11:11 (UTC +04:00)

Sərhədçilərimiz 1,6 milyonluq qaçaqmal ələ keçirib

0

 

Bu ilin avqust ayı ərzində dövlət sərhədini pozduqlarına görə 51 halda 67 nəfər saxlanılıb.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, onların 29 nəfəri Azərbaycan, 7 nəfəri Qana,  5 nəfəri İran, 5 nəfəri Özbəkistan, 4 nə­fəri Nigeriya, 3 nəfəri Rusiya, 3 nə­fəri Banqladeş, 3 nə­fəri Ukrayna, 2 nəfəri Gürcüstan, 2 nəfəri Moldova, 2 nəfəri Türkiyə, 1 nəfəri Pakistan və 1 nəfəri Əfqanıstan  vətəndaşı ol­ub.

 

Bundan başqa, sərhəd rejim qaydalarını pozduqlarına görə 1123 halda 1706 nəfər, o cüm­lə­dən yaşıl sərhəddə 13 halda 21 nəfər, Xəzər dənizində 32 halda 48 nəfər, sərhəd nəzarəti məntəqələrində 1637 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

 

Məlumatda deyilir ki, cina­yətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azər­baycanın hüquq-mühafizə orqanları tərəfindən axta­rışda olan 398 nəfər aşkar­lanaraq aidiyyəti orqanlara təhvil verilib.

 

Ötən ay ərzində həmçinin narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 10 halda 143 kiloqram 672 qram narkotik maddə aşkar edilərək götürülüb.

 

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində hə­ya­ta keçiril­miş tədbirlər nəticəsində isə 62 halda ümumi dəyəri təq­ribən 1 milyon 603 min manat olan qaçaqmal, o cümlədən 2 ədəd tüfəng, 1 ədəd pnevmatik tapança, 1 ədəd siqnal tapançası,  92 ədəd müxtəlif kalibrli patronlar, 8 ədəd tank əleyhinə mina, 74 000 Azərbaycan manatı, 11 200 ABŞ dolları, 650 700 Rusiya rublu, 4 181 500 İran rialı, 10 200 qutu müxtəlif markalı siqaret, 137 ədəd mobil telefon, müxtəlif növ dərman preparatları, zinət əşyaları, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar