Ordumuzun əsgəri yaralandı
10 oktyabr 2013 11:39 (UTC +04:00)

Ordumuzun əsgəri yaralandı

Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.


 

APA-nın məlumatına görə, hadisə dünən cəbhənin Füzuli istiqamətində qeydə alınıb.

 

Azərbaycan Ordusunun əsgəri, 20 yaşlı Tərlan Nizami oğlu Cırıyev düşmən gülləsinə tuş gəlib. Nəticədə güllə yarası alan əsgər hospitala yerləşdirilib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev APA-ya faktı təsdiqləyib.

 

Qeyd edək ki, T. Cırıyev İsmayıllı rayonundan həqiqi hərbi xidmətə çağırılıb. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 864
avatar

Oxşar yazılar