Ombudsman Aparatından Lent.az-a verilən məlumata görə, başçəkmə zamanı BİT-də saxlanılan Leyla Yunusova, İntiqam Əliyev, Rəsul Cəfərov və Anar Məmmədli ilə görüş keçirilib. Görüş zamanı adı çəkilən şəxslərin saxlanılma şəraiti və onlarla rəftarın vəziyyəti araşdırılıb.
Bundan əlavə 2 saylı Cəzaçəkmə Müəssisəsinin karantin otağında saxlanılan İlqar Məmmədov da qəbul edilib və vəziyyəti araşdırılıb. Görüş zamanı İ.Məmmədov 2 saylı Cəzaçəkmə Müəssisəsində hər hansı pis rəftara məruz qalmadığını bildirib.
Qeyd edək ki, adı çəkilən şəxslərin qaldırdığı məsələlərin araşdırılması və qanunvericilik çərçivəsində tədbir görülməsi üçün Ombudsman tərəfindən Ədliyyə Nazirliyinin rəhbərliyinə müraciət olunub.