Ombudsman əməkdaşları Pərviz Həşimli ilə görüşdülər
25 sentyabr 2013 18:09 (UTC +04:00)

Ombudsman əməkdaşları Pərviz Həşimli ilə görüşdülər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları, o cümlədən Milli Preventiv Qrupun üzvü olan həkim Milli Təhlükəsizlik Nazirliyinin Müvəqqəti Saxlama Yeri (MSY) və İstintaq Təcridxanasında (İT) saxlanılan «Bizim Yol» qəzetinin əməkdaşı Pərviz Həşimovla görüşüb, onun saxlanılma şəraiti və vəziyyəti ilə tanış olublar.


 

Bu barədə APA-ya Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

 

Görüş zamanı Pərviz Həşimov saxlanılma şəraiti ilə əlaqədar heç bir şikayətinin, rəftarla bağlı narazılığının və ona qarşı işgəncə halının olmadığını bildirib.

 

Söhbət zamanı P. Həşimov ona qarşı irəli sürülən ittihamla razılaşmadığını, istintaq hərəkətlərinin sürətləndirilməsini xahiş edib. O, həmçinin bankda qohumunun adına girovda olan, idarə etdiyi avtomobilin qaytarılmasında və istədiyi qəzetlərlə təmin olunmasında kömək göstərilməsini xahiş edib.  

 

P.Həşimovun hüquqlarını müdafiə edən vəkillə görüşə şəraitin yaradılması məsələsi  araşdırılıb və bununla bağlı heç bir problemin olmadığı müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 655
avatar

Oxşar yazılar