
Oğuzda baş verən meşə yanğını tam söndürülüb - RƏSMİ
Oğuzda baş verən meşə yanğını tam söndürülüb. Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, avqustun 25-də Oğuz rayonunun Baş Daşağıl kəndi yaxınlığında dağlıq ərazidə meşə zolağında və avqustun 23-də Oğuz rayonunun Xaçmaz kəndi yaxınlığında dağlıq ərazidə meşə zolağında baş vermiş yanğınlar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Aviasiya dəstəsi, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri tərəfindən tam söndürülüb.
Qeyd edək ki, avqustun 23-də Oğuz rayonunun Xaçmaz kəndi, avqustun 25-də isə Baş Daşağıl kəndi yaxınlığında yüksək dağlıq ərazilərdə meşə zolağında yanğın baş vermişdi. Ərazilərdə yanğının söndürülməsi üçün Fövqaladə Hallar Nazirliyinin iki helekopteri və bir “BE 200 ÇS” tipli amfibiya təyyarəsi və xeyli sayda canlı qüvvəsi iştirak edib.
Oxşar yazılar

Cəlilabadda dağlıq ərazi yanıb, bir nəfər tüstüdən boğulub - VİDEO -YENİLƏNİB
15 iyul 2025 , 21:02
Şirvanda kişi yaşadığı evin həyətində ölü tapıldı
15 iyul 2025 , 19:33
Erməni konyaklarının 85 faizi saxta çıxdı - BÖYÜK ARAŞDIRMA
15 iyul 2025 , 18:11
“Roşka” ləqəbli tiktokerin məhkəməsi başladı
15 iyul 2025 , 18:07
Bəy-gəlindən başqa hamı o tortdan zəhərləndi
15 iyul 2025 , 17:57
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlərin ifadələri dinlənilib
15 iyul 2025 , 17:44
Sabirabadda 76 yaşlı kişi zəhərlənib öldü
15 iyul 2025 , 17:17