Gəncədə oğurluqla məşğul olan qadın tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 2-də Mehriban Məmmədovaya məxsus evdən 2160 manat pul və 2000 manat dəyərində qızıl əşyalar oğurlamış Rusiya Federasiyası vətəndaşı Elvira Sadıqova tutulub.
Araşdırma aparılır.