Respublika ərazisində oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.
Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 4-də Bakı şəhər sakini Mirzəağa Mirzəyevə məxsus köşkdən pul, tütün məmulatı və DVD oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Tərlan Dəmirov və Ayxan İsayev tutulublar.
Yasamal RPİ 27-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 19-da Bakı şəhər sakini İbrahim Alışovun velosipedini oğurlamaqda şübhəli bilinən həmyerlisi Natiq Əliyev və Şamaxı rayon sakini Nuhan Gülümcanov saxlanılıblar.
Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 14-də rayon sakini Bəxtiyar Eminova məxsus mağazadan qızıl qolbaq oğurlamaqda şübhəli bilinən İsmayıllı rayon sakini, əvvəllər məhkum olunmuş Südabə Şükürova tutulub.
Zərdab RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 2-də rayon sakini Sitarə Cəfərliyə məxsus içərisində 56 manat pul və mobil telefon olan çantanı oğurlamaqda şübhəli bilinən həmyerlisi Zülfü Məhərrəmli tutulub.