Oğurlanan iki aylıq uşağa görə xüsusi qrup yaradıldı
29 avqust 2014 12:25 (UTC +04:00)

Oğurlanan iki aylıq uşağa görə xüsusi qrup yaradıldı

0
Sumqayıtda iki aylıq körpənin oğurlanması faktı ilə bağlı xüsusi qrup yaradılıb. Bu barədə APATV-yə Sumqayıt şəhər Polis İdarəsindən bildirilib.

 

Məlumata görə, qrupa Sumqayıt şəhər Polis İdarəsinin dörd bölməsinin hər birindən iki əməkdaş cəlb olunub.

 

Xatırladaq ki, hadisə avqustun 13-də Sumqayıt şəhərində baş verib. Sumqayıt şəhəri, 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədovanın 2 aylıq körpəsi naməlum qadın tərəfindən oğurlanıb.

 

Fakta görə Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə başlanıb, istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3367

Oxşar yazılar