Maşınları soyan saxlanıldı
22 aprel 2019 13:44 (UTC +04:00)

Maşınları soyan saxlanıldı

Avtomobillərdən sənəd, pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakinləri tutulub.
 
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsnin 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 16-dan 20-dək olan müddətdə şəhər ərazisində 4 avtomobildən sənəd, pul və mobil telefon oğurlamaqda, habelə 1 avtomobilin yan şüşəsini sındırmaqda şübhəli bilinən Abşeron rayon sakinləri S.İsmayılov və N.Əlibəyov saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 712

Oxşar yazılar