Bakıda maşın oğurlayıb nömrəsini dəyişən şəxs yaxalanıb
03 iyun 2017 13:01 (UTC +04:00)

Bakıda maşın oğurlayıb nömrəsini dəyişən şəxs yaxalanıb

0

Bakıda maşın oğurlayan şəxs yaxalanıb. 

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, ötən gecə saat 2 radələrində Suraxanı rayonunun Binə qəsəbəsi ərazisində  “VAZ-21011” markalı avtomobil şübhə doğurduğundan ərazidə xidmət aparan Post-patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb. Avtomobili idarə edən Bakı şəhər sakini Vüqar Əliyevin sənədləri yoxlanılaraq zəruri dəqiqləşdirilmə aparılması üçün o, avtomobillə birgə 30-cu Polis Bölməsinə gətirilib.

 

Əməliyyat tədbirləri ilə həmin avtomobilin Bakı şəhərində yaşayan Mirağa Kazımovun ötən il avqustun 12-də qaçırılmış nəqliyyat vasitəsi olduğu, həmçinin, üzərindəki dövlət qeydiyyat nişanlarının isə digər avtomobilə - paytaxt sakini Hacıağa Mirzəyevə məxsus “VAZ-2106” markalı avtomobilə məxsus olduğu aşkar edilib.  

 

Araşdırma zamanı V.Əliyevin həmin avtomobili qaçırdıqdan sonra üzərində olan dövlət qeydiyyat nişanlarını Türkan qəsəbəsi ərazisində izi azdırmaq məqsədilə naməlum istiqamətdə atdığı da müəyyən edilib.

 

Faktla əlaqədar cinayət işi başlanılıb, V.Əliyev şübhəli şəxs qismində tutulub. İstintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 310

Oxşar yazılar