Bakıda dələduzluq əməli törədilib. Lent.az-ın məlumatına görə, 1054-cü il təvəllüdlü Gündüz Şıxəliyev polisə müraciət edərək bildirib ki, keçən ilin iyul ayında Rafiq adlı şəxsə 6 min manat pul verib. Həmin şəxs G.Şıxəliyevə həbsdə olan oğlunun azadlığa buraxılmasına nail olacağını bildirib. Lakin üstündən xeyli vaxt keçməsinə baxmayaraq vəd yerinə yetirilməyib. Həmçinin pul da geri qaytarılmayıb.
Müraciət əsasında araşdırma aparılır.