Odessada çimərlikdə 15 yaşlı azərbaycanlı yeniyetmə batıb.
Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, yeniyetmə valideynləri və kiçik qardaşı ilə birlikdə Odessaya istirahətə gedibmiş.
Axşam uşaqlar valideynləri olmadan “Çernomorka” çimərliyinə gəliblər. Böyük qardaşının uzun müddət sahilə çıxmadığını görən kiçik qardaş ətrafdakılara xəbər verib. Suda cəsədi görən şahidlər onu çıxarıblar.