APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, danışıq zamanı Suriya və İraqdakı son durum müzakirə olunub.
“Prezident və baş nazir terrorçuluğa qarşı mübarizədə Suriya və İraq üzrə sıx əməkdaşlığın vacibliyini vurğulayıblar. Həmçinin, Qəzzadakı atəşkəsə dair müzakirə aparılıb”, - Ağ Evin yaydığı bəyanatda deyilir.
Obama Ərdoğana Suriya və İraqdakı qaçqınlara yardım göstərdiyinə görə minnətdarlığını bildirib. Tərəflər İraqın yeni hökumətinin ölkədə təmsil olunan bütün icmaların birliyinə nail olmasına ümidvar olduqlarını bildiriblər.