NZS - də "Mercedes" 3 nəfəri vurdu
16 sentyabr 2016 02:39 (UTC +04:00)

NZS - də "Mercedes" 3 nəfəri vurdu

0

Bakının Nizami rayonunda ağır yol qəzası baş verib. APA TV-nin xəbərinə görə,  rayonun NZS qəsəbəsi Oktay Vəliyev küçəsində “Mercedes” markalı avtomobil yolu keçmək istəyən 3 nəfəri vurub. Hadisədən sonra qəzanı törədən sürücü ərazidən uzaqlaşıb.

 

Yaralılar əkiz qardaşlar Fuad və Fərid İsmayılzadə və 24 yaşlı Anar Bağırov təcili tibbi yardım avtomobili ilə xəstəxanaya gətiriliblər. Xəstəxanadan verilən məlumata görə, yaralılardan ikisi tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb.

 

Hadisə yerində polis əməkdaşları olublar. Müayinələr aparılıb, zərərçəkənlərin ifadələri alınıb.

 

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 361

Oxşar yazılar