Novxanıda bağın həyətindən xeyli silah-sursat tapıldı
27 aprel 2017 12:38 (UTC +04:00)

Novxanıda bağın həyətindən xeyli silah-sursat tapıldı

0

Novxanı bağlar sahəsində silah-sursat aşkarlanıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, əldə edilən məlumat əsasında Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Novxanı bağlar sahəsində yaşayan Bünyad Əliyevin evinin həyətinə baxış zamanı oradan 1 ədəd müvafiq sənədləri olan "MR-155" markalı tüfəng, 1 ədəd "RQD-5" qumbarası, 1 ədəd kustar üsulla hazırlanmış xəncər və 215 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

 

B.Əliyev saxlanılıb.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 425

Oxşar yazılar